Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un  məlumatına görə, sərəncamla Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif ediliblər:
Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu.
Bundan başqa, Prezident Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının "Tərəqqi medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi medalı ilə təltif ediliblər:
Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu.