"Barselona klubunun mətbuat xidmətinin rəhbəri Xosep Vives, türkiyəli futbolçu Arda Turan haqda açıqlama verib.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, Vives Arda haqda bunları deyib:

"Yaşanan hadisələr üzücüdür, Türkiyədən gələn xəbərlər xoş deyil. Arda yaxından tanıdığımız, yaxşı münasibətlərimizin olduğu futbolçudur. Baş verənləri yaxından izləyirik, ancaq mövzu ilə bağlı nəsə demək istəmirəm.

Ötən mövsüm "Barselonadan "Başakşəhər klubuna 2,5 illik icarəyə verilən Ardanın, Kataloniya təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi var.

Arda türkiyəli müğənni Berkay Şahinlə gecə klublarından birində dalaşıb və mügənni futbolçunu məhkəməyə verib.