Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 17-də saat 17 radələrində Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində Adnalı kənd sakini Füzuli Qubadov idarə etdiyi "Niva markalı avtomobili kanala aşırıb və nəticədə o, hadisə yerində ölüb.