"Son həftələrdə quş yeminin təmin olunmasında mövcud problemlərə görə, yetişdirilən broyler toyuqlarının çəkisi azalıb".

Unikal.org xəbər verir ki, bunu İranın Broyler Toyuq Yetişdirənlər Cəmiyyətinin sədri Məhəmməd Yusifi deyib.

Onun sözlərinə görə, sentyabr ayının ortalarından yük maşınları sürücülərinin işdən imtina etməsi broyler toyuqlarının yeminin təmin olunmasını çətinləşdirib. Hətta bəzi quşçular yemin bitməsinə görə, toyuqların məhv ola biləcəyindən ehtiyat edir.

Hazırda İranın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı ilə toyuq yemi sərhədlərdən dəmiryol nəqliyyatı vasitəsi ilə vilayətlərə göndərilir. Vəziyyət müəyyən qədər normallaşıb. Lakin toyuq yeminin çatışmazlığı problemi hələ də davam edir.