15 Noyabr 2018
“WhatsApp”a “Tətil rejimi” gəlir
CƏMİYYƏT 21:36 / 18.10.2018

Məşhur mesajlaşma proqramı "WhatsApp” yeni "Tətil rejimi” xüsusiyyəti ilə istifadəçilərinin vərdişlərini dəyişdirməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, sosial media nəhəngi "Facebook”un məşhur mesajlaşma proqramı "WhatsApp” platformaya inteqrasiya etməyə hazırlaşdığı yeni xüsusiyyətiylə gündəmdədir.

"Tətil rejimi” akxivləşdirildikdə arxivlənmiş mesajlar yeni bir mesaj gəldikdə belə arxivdə qalacaq. Bu yeniləmə ilə platformaya inteqrasiya ediləcək bir yenilik isə "WhatsApp” hesabı ilə "İnstagram” hesabının bir-birinə bağlana bilməsinin mümkünlüyüdür..