Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - "Czechoslovak Groupun rəhbərliyi ilə görüşüb.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib