Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib.

Unikal.org xəbər verir ki, hadisə oktyabrın 19-da günorta saatlarında rayonun Güdəcühür kəndində qeydə alınıb.

Belə ki, "Nissan markalı, 10 MX 218 dövlət qeydiyyatı nişanlı avtomobil yolu keçən ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Zeyqəm Teymur oğlu Xələfovu vurub və ağır vəziyyətdə olan yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda reanimasiyada olan azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.