Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir.

Unikal.org xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

*** 17:04

İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez çıxış ediblər.

Unikal.org-un xəbərinə görə, daha sonra neft emalı zavodunun açılışı elan olunub.