Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 19-da başa çatıb.

Unikal.org xəbər verir ki, dövlət başçısı səfər zamanı Türkiyənin İzmir şəhərində "Star neft emalı zavodunun açılış mərasimindəiştirak edib.

İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə terrasdan "Star neft emalı zavodunun ərazisini seyr edib, zavodun idarəetmə ofisi ilə tanış olub. Prezidentlərə "Star neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonda Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.