Dünən İtaliya A Seriyasının 9-cu turunun "Genoa" ilə oyununda (1:1) fərqlənən İtaliyanın "Yuventus futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 400 qol vuran ilk oyunçu kimi futbol tarixində yeni rekorda imza atıb.

Unikal.org xəbər verir ki, bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub. Kriştiano Ronaldonun adı builki "Qızıl topa namizəd olan futbolçuların siyahısındadır.

Xatırladaq ki, Ronaldonu bu göstərici üzrə 389 qolla "Barselona"nın hücumçusu Lionel Messi izləyir.