Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.

Unikal.org virtualaz.org Lotu Qulinin qohumlarına istinadən bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır.

Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır.

Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi...

Son informasiyaya görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından birində saxlanılır. Ankara onun Rusiyaya və ya Azərbaycana deportasiyası imkanına baxır.