"Realda Kriştiano Ronaldodan sonra Marselo da karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org xəbər verir ki, İtaliyanın "Tuttosport nəşri braziliyalı futbolçunun "Yuventusa transfer olmaq istədiyi məlumatını yayıb.

Marselo "kral klubunun rəhbərliyinə Turin təmsilçisinə keçmək istədiyini deyib. "Yuventusun da braziliyalı müdafiəçinin xidmətində maraqlı olduğu bildirilir.

Ronaldo yayda 105 milyon avro qarşılığında "Real"dan "Yuventusa transfer edilib.