Futbol üzrə İran milli komandası Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirə bilər.

Unikal.org xəbər verir ki, bunu İranın gənclər və idman naziri Məsud Soltanifər Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynovla görüşündə bildirib.

Tərəflər, iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.