21 Noyabr 2018
Minik maşını “Tatra”ya ÇIRPILDI - ÖLƏN VAR
HADİSƏ 12:30 / 23.10.2018
Bakıda yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, oktyabrın 22-də saat 18 radələrində Qobu qəsəbəsinin sakini Dərya Alxasovun idarə etdiyi "VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi "Tatra” markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Abşeronda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutulub.