Daşkəsəndə valideynlərini döyərək küt alətlə xəsarət yetirən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun Unikal.org-a verilən məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. Hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. F.Bağırov tutduğu əməldən peşman olduğunu deyib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.