Adı təcavüz qalmaqalında hallanan Ronalda bu barədə ilk dəfə danışıb.

Unikal.org xarici mərbuata istinadən xəbər verir ki, Ketrin Mayorqa adlı keçmiş modelə təcavüz etdiyi iddiası ilə məhkəməlik olan Ronaldo özündən əmin şəkildə açıqlama verib:

"Meydanda və xaricində örnək davranışlar sərgiləyən bir insan olduğuma əminəm. Hər zaman gülən və xoşbəxt bir insanam. Böyük bir klubda oynayıram, gözəl bir ailəm və dörd uşağım var. Sağlamam və hər şeyə sahibəm, başqa şeylər mənə maraqlı deyil. Bu barədə yalan danışmıram. Vəkillərim və mən məhkəmədə qalib gələcəyimizdən əminik.

Qeyd edək ki, bir müddətdir Ronaldo zorlamada ittiham olunur. 34 yaşlı Ketrin Mayorq iddia edir ki, futbolçu onu 2009-cu ildə zorlayıb. Hadisə Las-Veqasda baş verib. Ketrinin iddiasına görə, Ronaldo razılıq almadan onunla sekslə məşğul olub. Daha sonra futbolçu bu hadisə barədə susması üçün Ketrinə 323 min avro ödəyib.

Ronaldo isə onun ittihamlarını rədd edir. Portuqal futbolçu bildirib ki, seks qarşılıqlı razılıq əsasında olub: "Artıq belə hallara öyrəşmişəm. Adımdan istifadə edərək məşhurlaşmaq istəyirlər".