Ankarada bir qadın sevgilisini təpik-yumruqlarla döyüməyə başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının bu əməli törətmə səbəbi sevgilisinin onu aldatmasıdır. Hadisə anı təhlükəsizlik kameralarına əks olunub.

Sevgilisinin onu aldatdığını bilən qadın yolunu dəyişdirərək ayrılmaq istədiyini deyib. Bu zaman spirtli içki qəbul etmiş sevgilisi ondan ayrılmaq istəməəyib. Bu zaman onun qolundan tutaraq getməsinə mane olmağa cəhd edib. Yolun ortasında uzun müddət mübahisə edən cütlük, ətrafdakı vətəndaşların diqqətini çəkib.

Sevgilisi onu qucaqlayıb getməsinə mane olmağa çalışıb. Bu zaman gənc qadın sevgilisinin əllərindən qurtulmaq üçün onu döyməyə başlayıb. Cütlüyün davası bununla bitməyib. Əsəblərini sakitləşdirə bilməyən qadın sevgilisinə söyüş söyməyə başlayıb.

Sevgilisinin "Səni bu halda buraxmaram deməsi ilə daha da əsəbləşən qadın oradan uzaqlaşmaq istəyib. Sevgilisi isə onu tək qymayaraq arxasınca buraxıb.