15 Noyabr 2018
14 Noyabr 2018
Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü
CƏMİYYƏT 16:05 / 23.10.2018

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Unikal.org xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, ölkə əhalisinin həssas təbəqəsi olan, öz doğma yurd-yuvalarından ayrı düşmüş məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı, Sumqayıt şəhərlərində yararsız və qəzalı binalarda yaşayan köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası davam etdirilir.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.