Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, sənədlə "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.