Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 23-də Tel-Əviv şəhərindəİsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.