"Barselonanın keçmiş futbolçusu Andres İnyestanın heykəli qoyulacaq.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Marca nəşri yayıb. Xəbərdə İnyestanın anadan olduğu Albasete şəhərində onun şərəfinə heykəl qoyulacağı bildirilib. Şəhərin meri Manuel Serrano da bu məlumatı təsdiqləyib. O, heykəlin dizaynının fevral ayında təsdiqlənəcəyi və bir il ərzində işlərin tamamlanacağını bildirib.

Karyerasını Yaponiyanın "Vissel Kobe klubunda davam etdirən İnyesta, İspaniyanın Albasete əyalətində anadan olub. O, "Barselonanın akademiyasına getməzdən əvvəl, 1992-1995-ci illər aralığında "Albasetenin gənclərdən ibarət komandasında oynayıb.

34 yaşlı futbolçu peşəkar karyerasına "Barselonada başlayıb. İnyesta 1995-ci ildə "Barselona akademiyasına daxil olub. İspan yarımmüdafiəçi 2018-ci ilə qədər Kataloniya təmsilçisinin formasını geyinib. O, yay transfer pəncərəsi dövründə "Vissel Kobeyə transfer edilib. İnyesta 136 dəfə İspaniya millisinin şərəfini qoruyub.