Qətərin "Əl-Sədd klubunun formasını geyinən "Barselona"nın keçmiş futbolçusu Xavi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Unikal.org xəbər verir ki, İtaliyanın "Corriere dello Sport nəşrinə açıqlama verən ispan futbolçu, mövsümün sonunda futboldan gedəcəyini deyib:

"Hazırkı klubumla Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Bu mövsüm 99 faiz mənim üçün son olacaq. Ona görə də, karyeramı yeni bir titul qazanaraq bitirmək istəyirəm. Gələcəkdə məni nəyin gözlədiyini bilmirəm. Ən böyük arzum "Barselonada məşqçi olmaqdır.

1995-2015-ci illər aralığında "Barselonada forma geyinən Xavi, 2015-ci ildə "Əl-Sədd klubuna transfer olunub.