"Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün strateji əhəmiyyətə malikdir".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Bakıda rəsmi şəxslərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılıb.

"Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir", - C.Bolton bildirib.