Ağstafa rayonunda çobanın ölümlə hədələnməsi faktı üzrə daha bir nəfər həbs olunub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gələn Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülən tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olması müəyyən edilib.

Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapması müəyyənləşib.

Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edilən "Beretta 1934 markalı silahı tapdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs məsuliyyətə cəlb edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.