Türkiyədə Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) barəsində aparılan istintaq nəticəsində azərbaycanlı saxlanılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Eskişehir Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşlarının bir ünvana apardıqları əməliyyat zamanı A.H adlı Azərbaycanlı ələ keçirilib.

O, türkiyə hüquq-mühafizə orqanları tərəfindən "terror təşkilatına üzv olmaq"da günahlandırılaraq həbs olunub.

Şübhəlinin işi istintaqın aparıldığı Bilecik mahalına göndərilib.

Qeyd edək ki, 15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələrinin içinə sızmış olan "Fetullahçı Terror Təşkilatı (FETÖ) üzvü bir qrup əsgər və onlarla əməkdaşlıq edən bəzi mülki şəxslər tərəfindən həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsü Türk millətinin böyük müqaviməti nəticəsində darmadağın edildi. Demokratik seçkilərlə hakimiyyətə gəlmiş olan hökuməti və prezidenti yıxmağa çalışan çevrilişçilərin demokratiyanı müdafiə edən vətəndaşlara F-16 təyyarələriylə, tanklarla və ağır silahlarla atəş açması nəticəsində 249 nəfər şəhid edildi, 2193 nəfər isə yaralanaraq qazi oldu.