"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq olunub.

Unikal.org  xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov qəbul edib.

Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 10.2-ci bəndinə əsasən Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.