Çində naməlum şəxs uşaq bağçasının tərbiyəçilərinə hücum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində, Çunçin şəhərində, Banan rayonunda baş verib. Yerli mətbuat hadisə zamanı yaralananlar arasında uşaqların da olduğunu bildirib.

CGTN isə hücum zamanı 14 uşağın yaralandığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilirb.

Hələlik ölənlər barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb.