Ermənistan prezidenti Armen Sarkisyan, Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək arzusunda olduğunu deyib.

Unikal.org xəbər verir ki, A.Sarkisyan Ərdoğanla görüşərsə Türkiyə dialoqa hazır olduğunu və gələcək planlar haqqında danışacağını söyləyib: 

"Sabahın xeyir hörmətli Prezident. Bizim iki ölkə arasında müzakirə etməmiz lazım olan məsələlərin olduğunu düşünürəm. Siz Türkiyənin prezidenti, mən də Ermənistanın. Atalarım, ailəm Bitlis, Van və Ərzurumlu. Nə üçün öz keçmişimiz haqqında danışmırıq? Gələcək və xalqlarımız haqqında danışmalıyıq?".