"Camal Kaşıkçının  qətli ilə bağlı Səudiyyə Ərəbistandan gələn açıqlamalar çox gülüncdür".

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Kşıkçının qətlinə Səudiyyənin münasibəti barədə danışarkən deyib.

"Araşdırmalar nəticəsində məlum olub ki, Kaçıkçı konsulluqda qətlə yetirilib. Səudiyyənin açıqlaması çox gülüncdür.

Camal kimi biri onu çöldə gözləyən nişanlısını qoyub gedib? Bu mümkündür?

Buraya yerləşdirilənlər, İstanbula gələnlər kimin təlimatı ilə göndərilib? Rəsmilərin bunu da açıqlamağı lazımdır.

Əlimizdə əlavə məlumat və fakt yoxdur. Tələsmək də mənasızdır. İlk mərhələdə səudiyyəli rəsmilər Kaşıkçını öldürənləri açıqlayacaqlar. Onların hazırki açıqlamaları isə uşaq ağzından çıxan söz kimidir".