Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) şübhəli bağlamanın gətirilməsi səbəbindən binadakılar təxliyə edilib.

Unikal.org xəbər verir ki, bu məlumatı "Hürriyet yayıb.

Bildirilib ki, şübhəli bağlama poçt vasitəsi ilə göndərilib. Bu səbəbdən XİN binasında işləyən 70 əməkdaşı təxliyə edilib. Polis binada axtarış aparır.

Xarici İşlər Nazirliyi ilə Yunanıstan parlamentinin binaları üzbəüz yerləşir.