Ermənistan Dövlət Gəlirləri Komitəsinin 19 əməkdaşına rüşvətxorluqda və rüşvət çatdırmaqda vasitəçilikdə ittihamlar irəli sürülüb.

Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Təhqiqat Xidməti məlumat yayıb.

Həmin şəxslərə qarşı ilkin istintaq hərəkətləri başa çatıb, ittiham aktı və digər materiallar prokurorluğa göndərilib.