Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında Zaza Saralidzenin azadlığa buraxılması tələbi ilə keçirilən aksiya davam edir.

Unikal.org "Reporta istinadən xəbər verir ki,, aksiyaya prezidentliyə iki namizəd də qoşulub.

"Güc birlikdədir müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.