Ukraynada 4 saylı Kiyev yerli prokurorluğunun iştirakı ilə cari ilin 1 fevral tarixinə keçən gecə paytaxt restoranlarından birində hərbçini qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.

Unikal.org  xəbər verir ki, əyləncə müəssisəsində istirahət edən iki qrup arasında baş vermiş münaqişə zamanı kişilərdən biri bıçaq çıxardaraq Ukrayna Silahlı Qüvvələrinin həmin zaman xidmətdə olmayan hərbçisinin boyun nahiyəsinə zərbə endirib.

Azərbaycanlı hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Lakin kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində o, 03.02.2018-ci il tarixində Zaporojye şəhərində tutulub.

Kiyevin Dniprovski rayon məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırmasının nəticələrinə görə, Azərbaycan vətəndaşı 11 il müddətinə azadlıqdan məhrum edilib.