Bu gün İstanbulda Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Suriya münaqişəsinə dair dördtərəfli sammit keçiriləcək.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Əlaqələr şöbəsinin nümayəndəsi deyib.

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçiriləcək.

Hazırda bina Türkiyə prezidentinin iş ofislərindən biri kimi istifadə olunur.

Bundan əvvəl ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edib.