29 oktyabrda İstanbul Yeni Hava Limanının açılışında prezident İlham Əliyev də iştirak edəcək.

Unikal.org Türkiyə mətbuatına  istinadən xəbər verir ki, tədbirə 8 min nəfər dəvət edilib.Açılışda ölkə prezidentləri, hökumət rəsmiləri, elm adamları, sənətçilər, biznesmenlər və məşhur idmançılar iştirak edəcəklər.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevdən başqa 10 ölkənin prezidenti və 2 ölkənin baş naziri də qonaq olacaq.

Açılışdan sonra prezidentlər Cümhuriyyət bayramı münasibəti ilə  təşkil ediləcək tədbirə qatılacaqlar.Sonra rəsmi görüşlərin keçiriləcəyi gözlənilir.