Bakıda yeniyetməni hədələyib 76 min manat aldılar.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oktyabrın 25-də polisə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.