Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən "Audi markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.

Görülən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.