Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cubeyr, jurnalist Camal Kaşıkçının öldürülməsi ilə saxlanılan şəxslərin ölkəsində mühakimə olunacağını bəyan edib.

Unikal.org xəbər verir ki, Cubeyr bildirib ki, Səudiyyə hüquq-mühafizə orqanları Türk həmkarları ilə birgə bu cinayət hadisəsini araşdırır. Tədqiqatlar gedir və bu vaxt aparır. Kaşıqçının ölümü ilə bağlı reallıqlar istintaq zamanı ortaya çıxacaq.  Saxlanılan şəxslər isə Səudiyyə Ərəbistanda mühakimə olunacaq".

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Camal Kaşıkçının ölümündə günahlandırılan 18 nəfərin Tüürkiyəyə təhvil verilməsini istəmişdi.  Bununla bağlı Türkiyə Ədliyyə Nazirliyi Ərəbistan həmkarlarına məktubda ünvanlayıblar.