Xəbər verdiyimiz kimi, Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.

Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında həyat yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var.

Unikal.org xəbər verir ki, "Qafqazinfo dəhşətli cinayət faktına görə həbs olunan şəxslərin siyahısını əldə edib:

1. Şahmar Əsədov (Əri)
2. Təbriz Əsədov (Qayını)
3. Sadıq Dadaşov (Atası)
4. Mətləb Muradov (Kənd sakini)
5. Zabit Yolçuyev (Kənd sakini)

Bundan başqa, hazırda 20-yə yaxın kənd sakini Quba rayon Polis Şöbəsindədir. Kənndə 1 post patrul avtomobili 4 nəfərlik heyətlə keşik çəkir.

Qeyd edək ki, hadisədə adı hallanan qadın 2 uşaq anası olub.

Araşdırmalar davam etdirilir.