Bu ilin 9 ayı ərzində Bakıda 8288 cinayət qеydə alınıb.

Unikal.org xəbər verir ki, bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənov bildirib ki, оnların da 88,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi ağır və Ñ…üsusilə ağır növlər оlub.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 9,4 faiz, ağır və Ñ…üsusilə ağır cinayətlər 38,4 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4,6 faiz, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmalar 35,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 19 faiz, o cümlədən avtonəqliyyat vasitələrinin oğurluğu 3,4 dəfə, dələduzluqlar 37,3 faiz, avtonəqliyyatın qaçırılması 6,6 faiz, qanunsuz ağac kəsmə 2 dəfə, insan alveri ilə bağlı cinayətlər isə 8,9 faiz azalıb: "Ümumi cinayətlərin 79,8 faizinin, o cümlədən ağır növlərinin 80,5 faizinin, qеyri-aşkar şəraitdə baş verən 74,4 faizinin açılması təmin olunub. Xüsusən şəxsiyyət əleyhinə оlan cinayətlərin 94 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 90,7 faizinin, adam öldürməyə cəhdlərin 100 faizinin, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,7 faizinin açılması təmin edilib.