Dünən axşam saatlarında Dağıstan Respublikasında məscid yanıb. 


Unikal.org Rusiya mətbuatına istinadən  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Rusiya FHN-nin yaydığı məlumata görə, hadisə Çarodin rayonunun Qoçob kəndində baş verib. 

Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.