Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Şamaxı rayonunun Şərədil kənd sakini olan 1998-ci il təvəllüdlü Mikayılov Elməddin İdris oğlu "Tosoil yanacaqdoldurma məntəqəsinin yanında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 20 yaşlı oğlanı bıçaqlayaraq "İPhone 6 markalı telefonunu alıb.

Quldurluq edən şəxs qaçıb. E.Mikayılov isə xəstəxanaya yerləşdirilib. Zərərçəkən bildirib ki, ona hücum edən şəxsi üzdən tanıyır və adı Məhəmməddir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.