Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.

Unikal.org xəbər verir ki, "Rustavi2 televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

"Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

"Exit-poll"u "Edison Research təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb.

Partiyanın sifariş etdiyi "exit-poll"u "Psycho-Project təşkilatı həyata keçirib.