Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı nazir Cevad Zariflə İstanbulda görüşüb.

Unikal.org xəbər verir ki, Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırkı durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Hər iki nazir kameralar qarşısına keçərək səmimi dostluq münasibəti sərgiləyiblər.

Türkiyə, İran, Azərbaycan xarici işlər nazirlərinin- Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.