Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Efiopiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Efiopiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.