aliyada yanğın zamanı yüzdən çox "Maserati" avtomobili yanıb.

Unikal.org bildirir ki,hadisə daşqınların olduğu Savona limanında baş verib.

Məlumata görə, daşqınlardan əziyyət çəkən limanda iki avtomobil dayanacağı batıb. Hadisə zamanı qısaqapanmanın baş verməsi elektrik cərəyan mənbələrinin - akkumulyatorların partlamasına, bu isə öz növbəsində yanğına səbəb olub.

"Limanda Yaxın Şərqə ixrac edilmək üçün nəzərdə tutulmuş yüzlərlə avtomobil məhv olub", - deyə məlumatda bildirilir.

Bundan əlavə hadisə zamanı yük və minik avtomobillərinə da ziyan dəydiyi bildirilir. Yerli "Savona News" hadisə zamanı bir neçə min avtomobilin yandığını bildirib. Lakin Milli Yanğınsöndürmə Xidmətinin rəsmi məlumatında hadisə zamanı 150 avtomobilin yandığı bildirilir.