Əfqanıstanda partlayış törədilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtın şərqində, Pul-e-Çarxi həbsxanasının yaxınlığında baş verib. Həbsxana əməkdaşlarını daşıyan avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.