Almaniyada miqrantlara qarşı etiraz aksiyası baş tutub.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, 18 yaşlı tələbənin zorlanmasından sonra Almaniyanın cənubunda yerləşən Frayburq şəhərində 2000-dən çox yerli sakin  küçələrə axın edib. Bu axının səbəbi miqrantların törətdikləri qanunsuz əməllərə qarşı çıxmaqdır. 

Minlərlə insan küçələrə çıxaraq kansler Anqela Merkelin miqrantlarla bağlı apardığı siyasətə və Suriyalı qaçqınlara etiraz səsini yüksəldiblər. Sakinlər miqrantlarla bağlı qaydaların sərtləşdirilməsini tələb edib.

Məlumata görə, təcavüz hadisəsindən sonra 7 suriya və 1 alman vətəndaşı şübhəli şəxs kimi saxlanılıb.