Bir müddət öncə qardaşı qızı Burcu Başoğlu ilə dodaq-dodağa öpüşməsinin fotosu yayılan və intim münasibətdə olduğu xəbərləri ilə gündəmə gələn Murad Başoğlu saxlanılıb.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcının keçmiş həyat yoldaşı Hande Bermeki ölümlə təhdid etdiyi və onun dostunu döydüyü iddia olunub.

Hande Bermekin sözlərinə görə, boşandığı həyat yoldaşı Murad Başoğlu ilə arasında ailədaxili münaqişə baş verib. Mübahisə zamanı Bermekin yanında olan dostu Emrə Sönməz ilə Murad Başoğlu arasında dava baş verib.  

Hadisədən sonra polis tərəfindən saxlanılan Başoğlu bu gün məhkəmə qarşısına çıxacaq. Başoğlu haqqında 6284 saylı "ailənin qorunması və qadına qarşı zorakılığın qarşısının alınması"na dair qanunu çərçivəsində, 3 ay müddətinə önləyici tədbir həyata keçirilməsinə qərar verilib.O Bodrumda nəzarətə alınıb.

Xatırladaq ki, aparıcı Murad Başoğlu ilə həyat yoldaşı Hande Bermek Başoğlu ötən il sentyabr ayında Kuşadası Məhkəməsində mal bölgü protokolu imzalayıb, razılaşdırılmış olaraq tək iclasda boşanıb. 

 Murad Başoğlu və qardaşı qızı Burcu Başoğlu yayılan iddialardan sonra barələrində 6 aydan 1 ilə qədər həbs cəzası tələbi ilə açılan məhkəmədə hər iki müttəhim bəraət qazanmışdı. Ancaq Hande Bermek ilə Murad Başoğlu eyni evdə yaşamağa davam edib.