Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalında yerləşən mövqelərinə sarsıdıcı zərbələr endirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kandil, Avaşin, Gara ve Metina bölgələrinə endirilən aviazərbələr nəticəsində 23 terrorçu məhv edilib. PKK-nın sığınacaq və silah anbarları darmadağın edilib.